Azərbaycan kubokunda iştirakçı sayı açıqlandı
20.09.2022 - 15:52

Azərbaycan kubokunun 2022/23 mövsümünün iştirakçı sayı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yarışda 14 komanda mübarizə aparacaq. Premyer Liqanın 10 təmsilçisi ilə yanaşı, I divizionun 4 klubu - “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” qüvvəsini sınayacaq.
Azərbaycan kubokunun püşkatma mərasimi oktyabrın 19-da keçiriləcək. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.
0
0