Azərbaycan Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşdi
08.06.2022 - 17:41

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.
2022/23 mövsümü avqustun 5-də start götürəcək. Turnirdə 10 komanda 4 dövrədə mübarizə aparacaq.
Yeni mövsümdə I divizionun da start vaxtı da bilinib. Burada mübarizə avqustun 24-də başlayacaq.
0
0