Azərbaycanın 3 paracüdoçusu lisenziya turnirində iştirak edəcək
01.04.2024 - 11:59

Azərbaycanın üç paracüdoçusu Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.
Apasport.az xəbər verir ki, Vüqar Şirinli (60 kiloqram) J2 kateqoriyasında, Zakir Mislimov (90 kiloqramda) və Xatirə İsmiyeva (+70 kiloqram) isə J1 kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
0
0