“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başladı
06.07.2023 - 16:09

Konfrans Liqasına hazırlaşan "Qəbələ" heyətinə qapıçı cəlb etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi Karol Niemçikin xidmətində maraqlıdır.
“Qırmızı-qaralar” ötən mövsüm "Krakoviya"nın qapısını qorumuş 24 yaşlı çərçivə qoruyucusunu transfer etmək istəyir. Karol karyerası ərzində “Breda”da da forma geyinib.
Polşanın U-20 və U-21 millilərində oynamış futbolçu ilə danışıqlara start verilib. “Qəbələ” transferi yaxın müddətdə gerçəkləşdirmək niyyətindədir.
Qeyd edək ki, Karol ötən mövsüm Polşa çempionatında 31 oyun keçirib.
0
0