
Azərbaycan millisinin Moldova ilə (2:1) keçirdiyi yoldaşlıq görüşünü AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərdən Avstriya diqqət mərkəzində saxlayıb.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik açıqlayıb.
O bildirib ki, seçmə qrup mərhələsindəki bütün rəqiblərin yoldaşlıq görüşlərinə skautlar ayırıblar. Onlar matçlara baxaraq, rəqibləri təhlil edirlər: “Bu, qrupda rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Buna görə də hər birini izləyirik”.
Qeyd edək ki, Avstriya qrupdakı ilk oyununu gələn il martın 24-də doğma meydanında Azərbaycan millisinə qarşı keçirəcək.