Azərbaycanlı hakimlər AVRO-2026 matçına təyinat aldılar
30.11.2024 - 14:15

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova təyinat verilib.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər AVRO-2026-nın əsas mərhələsində Çexiya – Belçika oyununu idarə edəcək.
Qeyd edək ki, dekabrın 13-də Çexiyanın Plzen şəhərində keçiriləcək görüş saat 22:00-da başlayacaq.
0
0