Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir
08.02.2023 - 22:19

UFC-nin 2023-cü ildə vacib döyüşləri açıqlanıb.
Apasport.az xəbər verir ki, bunlar arasında azərbaycanlı MMA idmançısı Rafael Fiziyevin amerikalı Castin Qeyci ilə döyüşü də var.
Qeyd edək ki, bu döyüş martın 18-də keçiriləcək. Dünya reytinqində yüngül çəkidə 6-cı olan Rafael Fiziyevin 3-cü olan Castin Qeyci ilə döyüşü UFC-286 turniri çərçivəsində Londonun "O2 Arena"sında baş tutacaq.
0
0