
Bakıda keçiriləcək milli komandalar arasında baş tutacaq futbol üzrə beynəlxalq turnirin təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, FİFA-nın təşkilatçılığı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.
Azərbaycan yığması ilk qarşılaşmasını Bolqarıstana, ikincisini isə Monqolustana qarşı keçirəcək. Matçlar martın 22-də və 25-də baş tutacaq.
Qeyd edək ki, yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq.
22 mart
Azərbaycan – Bolqarıstan
Tanzaniya – Monqolustan
25 mart
Azərbaycan – Monqolustan
Tanzaniya – Bolqarıstan