Balabəydən bürünc medal
20.12.2022 - 21:10

İsrailin Qüds şəhərində keçirilən "Masters" turninin ilk günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, bu medala 60 kq çəkidə yarışan cüdoçumuz Balabəy Ağayev sahib çıxıb.
Balabəy Ağayev 3-cü yer uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Turan Bayramova qalib gələrək bürünc medal əldə edib.
0
0