
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
17.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Sumqayıt” klubunun meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 60.4);