"Beşiktaş"da 2 zədəli
14.02.2024 - 15:56

"Beşiktaş"ın heyətində ciddi itkilər var.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin 2 futbolçusu zədələnib.
Müdafiəçi Tayfur Bingöl və cinah oyunçusu Raşid Gezzal sıradan çıxıb.
Ayaq əzələsindən xəsarət alan türk yarımmüdafiəçi 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Gezzalın durumu isə ciddi deyil. 31 yaşlı vinger 2 həftə sonra kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcək.
0
0