Beynəlxalq Konkisürmə İttifaqı yarışlarda salto yerinə yetirməyə icazə verib
14.06.2024 - 22:54

Beynəlxalq Konkisürmə İttifaqı konkisürənlərə yarışlarda salto yerinə yetirmək üçün icazə verib.
Apasport.az xəbər verir ki, bu qərar qurumun Las-Veqasda keçirilən konqresində qəbul olunub.
Təklif texniki komitə tərəfindən verilib və qaydalara edilən dəyişikliklər paketində səs çoxluğu ilə təsdiqlənib. Saltoların yerinə yetirilməsinə növbəti mövsümdən icazə veriləcək.
0
0