Bilal İsmayılov mükafatlandırılıb
31.01.2025 - 14:58

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi olan Bilal İsmayılov mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Cəbrayıl” klubunun futbolçusuna mükafatları I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
0
0