
Zaqreb “Dinamo”su futbolçusu Mahir Emrelinin FIFA tərəfindən cəzalandırılmasına reaksiya göstərib.
Apasport.az xəbər verir ki, Xorvatiya klubu bununla bağlı bəyanat yayıb.
Bəyanatda ali futbol qurumunun verdiyi cəza təsdiqlənib: “FIFA-nın futbolçumuz Mahir Emreli ilə bağlı qərarı bu gün Xorvatiya Futbol Assosiasiyası vasitəsilə “Dinamo”ya çatdırılıb. “Dinamo” bu prosesdə bitərəfdir. Mahir Emrelinin “Legiya”ya olan bütün borcu ödənilənə qədər FIFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.
Qeyd edək ki, FIFA sabiq klubu “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.