Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
23.04.2023 - 20:22

Yunan-Roma güləş millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında ilk qızıl medalını qazanıb.
Apasport.az-ın məlumatına görə, buna nail olan 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərovdur.
20 yaşlı güləşçimiz finalda gürcüstanlı Coni Xetsuriani ilə görüşdə 0:2 uduzsa da, əzmkar qələbə qazanmağı bacarıb – 3:2.
Qeyd edək ki, dünən 3 yunan-Roma güləşçimiz finalda uduzmuşdu.
0
0