Cəlal oynadı, komandası Bolqarıstan kubokunda mərhələ adladı
05.12.2023 - 20:57

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi "Arda" klubu Bolqarıstan Kubokunda mərhələ adlayıb.
Apasport.az xəbər verir ki, adıçəkilən komanda 1/8 finalda "Liteks"lə üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə üstələyən "Arda" 1/4 finala yüksəlib.
Qeyd edək ki, Hüseynov bu matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
0
0