
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olub.
Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.
Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.
- Burak Yılmaz Super Liqaya döndü
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
- Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ
- “Lex”in baş məşqçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişik"
- Amputant futbolçulardan ibarət milli komandamız Avropa çempionatının finalında