Çempionluq bayramında derbi qələbəsi
04.06.2023 - 21:59

Türkiyə çempionatının 37-ci turuna “Qalatasaray” – “Fənərbaxça” derbisi ilə yekun vurulub.
Apasport.az saytı xəbər verir ki, ötən tur çempionluğunu rəsmiləşdirən “sarı-qırmızılar” əzəli rəqiblə görüşdə qələbə qazanıblar.
Çempionluq kubokunun təqdim edildiyi oyunda “Qalatasaray” “Fənərbaxça”nı məğlub edərək bayramı bayrama qatıb. Rəqib meydanında 3:0 hesabı ilə qələbə qazanan Okan Burukun komandası eyni nəticəni təkrarlayıb.
Qeyd edək ki, “Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionu titulunu qazanıb.
37-ci tur
“Qalatasaray” – “Fənərbaxça” – 3:0
0
0