
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, yıömamız hazırlıq prosesi çərçivəsində Belarus komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.
Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı:
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.