Daha bir güləşçimiz Avropa çempionu oldu
18.03.2023 - 22:58

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir Azərbaycan idmançısı qitənin ən güclüsü olub.
Apasport.az xəbər verir ki, İslam İlyasov (97 kq) finalda türkiyəli türkiyəli Oktay Çiftçiyə 6:1 qalib gələrək Avropa çempionu adına yiyələnib.
Qeyd edək ki, bu gün daha əvvəl Məhəmməd-Bəşir Xanıyev (70 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıb.
0
0