Daha bir klub bukmekerlərlə anlaşdı
24.06.2022 - 11:07

Futbol klublarına sponsor edən bukmeker kontorlarının siyahısı genişlənib.
Apasport.az saytının məlumatına görə, “Unibet” də Avropada aparıcı kluba sponsor olan bukmekerlər sırasına qoşulub.
Şirkət “Ayaks”la anlaşıb. “Unibet” 2026-cı ilədək Niderland klubuna sponsor olacaq.
“Unibet” bu il iyunun 8-dək Niderland ərazisində işləmirdi. Yalnız 16 gün öncə şirkətə belə lisenziya verilib.
Qeyd edək ki, bir müddət əvvəl digər Niderland təmsilçisi “Den Haaq” stadionunun adını “Bingoal” mərc oyunları operatoruna satıb.
0
0