Edersondan unikal göstərici
26.01.2025 - 15:26

“Mançester Siti”nin qapıçısı Ederson İngiltərə çempionatının XXIII turunda “Çelsi” ilə matçda məhsuldar ötürməyə imza atıb.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiper görüşün 68-ci dəqiqəsində Erlinq Halandın “şəhərlilər”i önə keçirdiyi qolun ötürməsini edib.
Qapıçı indiyə qədər Premyer Liqada 5 məhsuldar ötürmə edib ki, bu da keçmiş “Tottenhem” qolkiperi Pol Robinsonla birlikdə turnir tarixində qapıçılar arasında ən yaxşı göstəricidir.
Qeyd edək ki, “Mançester Siti” – “Çelsi” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
0
0