Əliyar Ağayev Yunanıstan Superliqasının oyununu idarə edəcək
25.04.2024 - 16:46

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.
Apasport.az "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, Ağayev aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
0
0