
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la ilk oyunundan (2:2) əvvəl mətbuat konfransına çıxıb.
Apasport.az xəbər verir ki, Baxşıyev öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
– Komandam oyuna yaxşı köklənmişdi. Məşq prosesində də bunu hiss edirdik. Həm bizlər, həm də sizlər oyundan zövq aldınız. Dinamika yaxşı idi. 5 gündən bir oynayacağıq. Ona görə də, hələ ki, kubokda az da olsa, şansımız qalır. Daha yaxşı bərpa keçib, qarşıdakı oyuna hazırlaşacağıq.
– Sürpriz oldu nəticə?
– "Qarabağ"a qarşı oyun baxımından komandam mənə sürpriz etdi. İstədiyimi komandamda görürdüm. Uduza da bilərdik. Amma ümumi göstərdiyimiz performans fonunda komandanın əziyyətini heç-heçəyə dəyərləndirərdim. Komandamın oyunundan razıyam. Bu gün baxımlı futbol oynadıq.
– İlkin Qırtımovun zədəsi ciddidir?
– Xeyr. Sadəcə risk etmək istəmədik.