"Qarabağ"dan 500-cü qələbə
24.12.2022 - 21:02

“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.
Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəlib – 3:0. Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.
Qeyd edək ki, “Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən ağdamlılar 6:0 hesabı ilə qalib gəlib.
0
0