Emreli oynadı, komandası qələbə qazandı
05.10.2024 - 18:25

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında növbəti oyunu keçirib.
Apasport.az xəbər verir ki, təmsilçimizin komandası 8-ci tur çərçivəsində “Preussen Munster”i qonaq edib.
Görüş “Nürnberq”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start “11-lik”də başlayan Mahir 72 dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qələbədən sonra “Nürnberq” 10 xalla 10-cu sırada qərarlaşıb.
0
0