Emreli oynadı, komandası səfərdə xal itirdi
02.04.2023 - 16:42

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXVI turda səfərdə "Ümraniyəspor"la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" çempionatda 35 xalla 8-ci sıradadır.
0
0