
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İmişli" - "Qəbələ" oyunundan sonra keçirilən mətbuat konfransında nominal ev sahiblərinin baş məşqçisi Əsgər Abdullayev matç haqqında fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam".
- Sona qədər qapının toxunulmazlığını saxlamaq üçün təcrübə çatmadı, yoxsa rəqib çox güclü idi?
- Mən belə deməzdim. Hardasa diqqətsizlik rol oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır.
- Bu oyunla Premyer Liqa klublarına qarşı oynamağa hazır olduğunuzu göstərdiz?
- Bəli.
- "Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı
- Elmar Baxşıyev: “İdman mediası bizi qara zolağa salmağa çalışırdı”
- "Neftçi"nin legioneri milli komandasının düşərgəsinə getməyəcək
- Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
- "Qarabağ" – "Qalatasaray" oyununa 1 günə 42 500 bilet satıldı