
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu noyabrın 3-də keçirəcək.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin son turunda “Frayburq”u qəbul edəcək.
Bu, Azərbaycan klublarının noyabrın 3-nə təsadüf edən 3-cü görüşü olacaq. Əvvəlki matçlar 6 il əvvələ təsadüf edib.
Həmin vaxt “Qaraabağ”la “Qəbələ” Avropa Liqasının qrup oyununa çıxıb. Hər iki komandamız da qol vurub.
Yunanıstanda PAOK-la görüşən ağdamlılar 1:0 hesabı ilə qalib gəlib. “Sent-Etyen”i qəbul edən “Qəbələ” fransalılarla bacarmayıb – 1:2.
Qeyd edək ki, “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.