Fatih Tekke və Tolunay Kafkas Bakıda - FOTO
17.01.2025 - 17:51

Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.
Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.
0
0