
Maks Ferstappen ardıcıl 8-ci qələbəsini qazanıb.
Apasport.az-ın məlumatına görə, o, Belçika Qran-Prisində finiş xəttini birinci keçib.
Yarışda ikinci yeri “Red Bull”un digər pilotu Serxio Peres, üçüncü yeri isə “Ferrari”dən Şarl Lekler tutub. Dalbadal səkkiz qələbə qazanan niderlandlı pilot Sebastyan Fettelin 2013-cü ildəki uğurunu təkrar etməsi üçün növbəti yarışda birinci olmaq tələb olunur. 2023-cü ildə keçirilən bütün - 12 Qran-Prinin qalibi olan “Red Bull” ötən ilin son yarışında da qalib gəlmişdi. Bu nəticə ilə komanda özünəməxsus rekordu təzələyib.
Qeyd edək ki, Ferstappen dünən “Spa-Frankorşamp”da keçirilən sprint yarışında da qələbə qazanıb.