FİFA reytinqi: Millimiz mövqeyini qorudu
09.12.2022 - 14:01

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyada 79-cudur.
Yığmamızın hesabında 1296,27 xal var. Komandamız sonuncu dəfə oktyabrda açıqlanan cədvəldəki mövqeyini qoruyub.
Qeyd edək ki, siyahıya 2078,50 xalla ABŞ başçılıq edir. Almaniya 2073,73 xalla ikinci, İsveç 2057,9 xalla üçüncüdür.
0
0