Minifutbol üzrə Avropa Çempionatı bu ölkədə keçiriləcək
19.11.2023 - 18:34

Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, növbəti qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.
Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq.
Xatırladaq ki, 2022-ci ildə Slovakiyada keçirilən son Avropa çempionatının qalibi Azərbaycan millisidi.
0
0