“Formula-1”: Üçüncü sərbəst yürüş start götürdü
11.06.2022 - 15:00

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə 15 dəqiqə gecikmə ilə start verilib.
Apasport.az saytının məlumatına görə, sonuncu məşq 1 saat davam edəcək və 16:15-də yekunlaşacaq.
Bu yürüşdən 2 saat sonra isə “Formula-1” pilotları sıralama turuna çıxacaqlar.
Qeyd edək ki, dünən keçirilən ilk iki sərbəst yürüşdə müvafiq olaraq Serxio Peres (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) hamını qabaqlayıblar.
0
0