“Forza Neftçi” qələbənin 20 illiyini belə qeyd etdi - foto
19.01.2025 - 19:07

Misli Premyer Liqasında XIX tur davam edir.
Apasport.az xəbər verir ki, hazırda “Neftçi” “Sabah”ı qəbul edir.
Oyunun ilk dəqiqələrində “Forza Neftçi” azarkeş qrupu 2005-ci yanvarın 19-da baş tutan “Pünik”lə oyunu yad edib.
Fanatlar komandanın 2:0 hesablı qələbəsini xatırlayıb. Açılan pankartda “Futbol meydanında da, döyüş meydanında da QƏLƏBƏ bizimdir” yazılıb.
Qeyd edək ki, ilk hissəsi davam edən matçda hesab açılmayıb.
0
0