"Turan Tovuz" Premyer Liqada 10-cu ev qələbəsini qazanıb
11.03.2024 - 11:26

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, XXVI tura təsadüf edib.
Ayxan Abbasovun yetirmələri "doğma divarlar" arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib. 10-cu ev qələbəsi 31-ci matça təsadüf edən Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.
“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/2023 mövsümünə təsadüf edib. Tovuzlular 2022-ci il sentyabrın 9-da “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.
0
0