Futbolçumuz 90 dəqiqə oynadı, komandası məğlub oldu - VİDEO
20.12.2023 - 00:11

Türkiyədə I Liqanın XVI turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" evdə "Sakaryaspor"a uduzub - 1:3.
Həsənalızadə 90 dəqiqə meydanda olub.
"Tuzlaspor" 13 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
0
0