Millimiz Avropa çempionatının finalında!
10.06.2022 - 21:48

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.
Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.
0
0