Gimnastlarımız İtaliyada 6 qızıl medal qazanıblar
13.07.2024 - 00:43

Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri İtaliyada keçirilən Roma Kuboku beynəlxalq turnirində 6 qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, Mira Özel top və halqa, Fatimə Tarverdiyeva və Məryəm Baloğlanova isə top və gürzlər ilə hərəkətlərdə toplam 6 qızıl medala sahib çıxıblar.
Qeyd edək ki, yarış iyulun 14-dək davam edəcək.
0
0