Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb
07.04.2024 - 18:39

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.
0
0