Güllə atıcılarımızdan QIZIL MEDAL
18.03.2024 - 20:50

Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnirə start verilib.
Apasport.az xəbər ki, Azərbaycan atıcıları qarışıq komanda yarışlarında fəxri kürsüyə yüksəliblər.
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada Nigar Nəsirova-Ruslan Lunyov tandemi qızıl medal, Xanna Əliyeva və Elvin Astanov isə 2-ci yeri tutaraq gümüş medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.
0
0