Hakimlərimizə UEFA-dan təyinat
06.02.2024 - 12:11

FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.
0
0