I Liqa klubu heyətini iranlı futbolçu ilə gücləndirib
26.07.2024 - 13:11

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi iranlı Matin Qahremanini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Matin daha öncə 2022/23 mövsümündə “Zaqatala”da çıxış edib.
0
0