I Liqa klubu oyunçusunu qaytardı
26.07.2024 - 15:15

I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ötən mövsümü “Karvan”da keçirən Ceyhun Muxtarlı ilə anlaşıb. Oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Ceyhun daha əvvəl 2021/22 mövsümündə “Qaradağ Lökbatan”la I Divizionda çempion olub.
0
0