I Liqa: MOİK "Baku Sportinq"i məğlub edib
18.12.2024 - 21:51

Bu gün Azərbaycan I Liqasında X tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Baku Sportinq” səfərdə MOİK-in qonağı olub. Matçın taleyini bir qol həll edib. Meydan sahibləri minimalhesablı qələbəyə seviniblər.
Turun digər görüşləri sabah baş tutacaq.
Azərbaycan I Liqası
X tur
18 dekabr
15:30 MOİK – "Baku Sportinq" 1:0
Baş hakim: Səbuhi Bayramov
“ASK Arena”
0
0