
I Liqada IV turun oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.
2 oktyabr (çərşənbə)
“Cəbrayıl” – “Qaradağ Lökbatan”
“ASCO Arena”, 13:30
3 oktyabr (cümə axşamı)
“Difai” – “Karvan”
Şamaxı OİK stadionu, 15:00
“Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30
“İmişli” – MOİK
Saatlı OİK stadionu, 16:00
4 oktyabr (cümə)
“Baku Sportinq” – “Qəbələ”
“Baku Sporting Arena”, 15:00
Qeyd: Heydər Əliyev adına İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” klubu rəqiblərini Saatlı OİK stadionunda qəbul edir.