İdmançımız “Bavariya Open”də mübarizə aparacaq
29.01.2024 - 16:35

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva beynəlxalq turnirdə mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, idmançımız “Bavariya Open”də yeniyetmə qızların yarışında iştirak edəcək.
Təmsilçimiz 18 konkisürən arasında yanvarın 31-də qısa, fevralın 1-də sərbəst proqramla buz üzərinə çıxacaq.
Qeyd edək ki, yarış Almaniyada təşkil olunacaq.
0
0