İngiltərə Kubokunun 1/8 finalında daha 6 komanda bilindi
29.01.2023 - 01:59

İngiltərə Kubokunun 1/8 final mərhələsinin daha 6 komandası bilinib.
Apasport.az xəbər verir ki, bunlar "Lids", "Lester", "Bristol", "Sauthempton", "Tottenhem" və "Mançester Yunayted"dir.
Daha 5 matçda isə qalib müəyyənləşmədiyindən, onlar arasında cavab görüşü keçiriləcək.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" "Arsenal"a 1:0 qalib gəlib, 1/8 finala adını yazdırmışdı.
0
0