İngiltərə Sakanı itirdi
17.06.2023 - 16:26

İngiltərə millisinin üzvü Bukayo Saka zədələnib.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin Malta ilə oyununda (4:0) sıradan çıxıb.
Topuğundan zədə alan “Arsenal”ın futbolçusu matçın ikinci hissəsində əvəzlənib. Saka iyunun 19-da millinin Şimali Makedoniyaya qarşı oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, İngiltərə - Şimali Makedoniya oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
0
0