İsrail millisinin hücumçusu “Zirə”nin rəqibindən ayrıldı
02.07.2022 - 10:12

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sində ayrılıq baş verib.
Apasport.az saytının məlumatına görə, hücumçu Tal Ben Haim İsrail klubundan ayrılıb.
İsrail millisinin üzvü 6 uğurlu mövsümün ardından təl-əvivlilərlə vidalaşıb. O, 2013-2017 və 2020-2022-ci illərdə formasını geyindiyi “Makkabi” ilə 6 titul qazanıb. 33 yaşlı oyunçu bu müddətdə 255 oyuna çıxıb, 56 qol vurub. Tal Ben Haim karyerasını Petah-Tikva “Makkabi”sində davam etdirəcək.
Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında oyunlar iyulun 21-də və 28-də keçiriləcək.
0
0